Parkda obyekti söküb böyütmək istədilər: işləri yarımçıq qaldı - FOTO

01/05/2024 - 11:40

Səbail rayonu, Bayıl (Səbail) parkı adlanan ərazidə qanunsuz tikintinin həyata keçirildiyi bildirilib.

Hurriyyet.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, birmərtəbəli ictimai iaşə obyekti sökülərək yerində daha geniş bir obyektin tikintisinə başlanıb. 

Belə ki, daha öncə yüngül konstruksiyalardan qurulan kafenin artıq daşdan hörülmüş ikimərtəbəli obyekt olması üçün işlər gedib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işlərinin qanunsuz aparıldığını açıqlayıb. Bildirilib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi 4C ünvanında (Səbail parkının yerləşdiyi ərazidə) əvvəllər mövcud olan konstruksiyaya qanunsuz olaraq əlavə artırılmaların edilməsi müəyyən olunub.

“Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 30 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlarla birlikdə özbaşına tikilinin söküntüsünə başlanılıb”, - deyə açlıqlamada qeyd olunub.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İmişlidə ev yandı - Video
13/05/2024 - 16:43
Tovuza dolu düşüb
12/05/2024 - 17:34
ON DÖRD CANAVAR
12/05/2024 - 11:21