Ağstafadan acı xəbər: 1 ölü, 3 yaralı

01/05/2024 - 07:24

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ